Mətbuat katibləri üçün seminar

metbuat-katibleri-ucun-seminar
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, AFFA-nın Futbol akademiyasının zalında keçirilən konfrans 2013-2014-cü il lisenziyalaşdırma mövsümünə həsr edilib. Seminarda mətbuat xidmətlərinin vəzifəsi, fəaliyyət istiqaməti, oyunlardan əvvəl və sonra mətbuat konfranslarının təşkili barədə ətraflı məlumat verilib, klub nümayəndələrinin sualları cavablandırılıb.

Konfransda Lisenziyalaşdırma qrupunun Maliyyə və Kadr-İnzibati Meyarlar üzrə eksperti Bəhram Dadaşov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Firuz Qarayev və Lisenziyalaşdırma qrupunun UEFA ilə əlaqələndiricisi Anar Kazımlının iştirak edib.