Mətbuat Şurası müsabiqə elan etdi

metbuat-surasi-musabiqe-elan-etdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, müsabiqə enerji səmərəlliliyi mövzusunda ən yaxşı məqaləni müəyyənləşdirəcək.

Müsabiqədə dil və həcm məhdudiyyəti nəzərdə tutulmur. Sənəd qəbulu martın 1-dən aprelin 30-na qədər aparılacaq. Bu müddətdə mətbuatda və ya internet resursunda dərc olunan məqalələr müsabiqəyə təqdim edilə bilər. Hər jurnalistin yalnız bir məqalə təqdim etməsi nəzərdə tutulur. Reklam materialları qəbul edilmir. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq. Eyni zamanda həvəsləndirici mükafatlar da nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək şərtləri ilə ESİB layihəsinin (http://www.inogate-ee.org/), Sənaye və Energetika Nazirliyinin (www.sen.gov.az), Mətbuat Şurasının (http://www.presscouncil.az ) saytlarında da taniş olmaq olar.