Mətbuat Şurasında yubiley olacaq

metbuat-surasinda-yubiley-olacaq
Oxunma sayı: 654

MŞ-dan “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə milli mətbu irsimizin araşdırılmasında xidmətləri olan mütəxəssislər, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və tələbələri iştirak edəcək
Qeyd edək ki, "Şərqi-Rus"un ilk sayı 1903-cü il martın 30-da işıq üzü görüb. Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yer tutan bu mətbu nəşr XX əsrdə çapdan çıxşmış ilk ana dilli milli qəzetimizdir.

Əvvəllər həftədə üç dəfə, 1904-cü il iyunun 8-dən isə gündəlik yayımlanan qəzetin təsisçisi və baş redaktoru dövrünün görkəmli ictimai-siyasi xadimi Məhəmməd ağa Şahtaxtlı olub.