Metroda 17 eskalator, 4 lift quraşdırılacaq

metroda-17-eskalator-4-lift-qurasdirilacaq
Oxunma sayı: 1725


“Qafqazinfo” xəbər verir ki, Bakı Metropolitenindən SİA-ya verilən xəbərə görə, burada da eskalatorların quraşdırılması üzrə işlərə keçilib. Stansiyada Almaniyanın "Tissen Krupp" ("Thyssen Krupp") şirkətinin "Tugela" tipli eskalatorları quraşdırılacaq. Tezliklə "Memar Əcəmi-2" stansiyasında qeyd edilən avadanlıqların quraşdırma və ardınca sazlamasını icra edən Türkiyənin "Nanə qrup" şirkətinin mütəxəssis heyəti metropolitenin eskalator distansiyasının da iştirakı və nəzarəti ilə əsas işlərə başlayacaq.

Sahəyə metropolitenin nəzarətçisi təyin edilmiş tikilən metropoliten müdiriyyətinin elektromexanika avadanlıqları üzrə aparıcı müfəttişi Samir Balcanov qeyd edib ki, "Avtovağzal"da işlər yekunlaşmaq üzrə olduğundan artıq qrupun bir neçə işçisi "Memar Əcəmi-2" stansiyasına təhkim edilib. Onlar burada hazırlıq tədbirlərini yerinə yetirirlər. Tezliklə son tamamlama üçün «Avtovağzal»da 2-3 nəfərdən ibarət kiçik bir qrup saxlanılmaqla əsas qüvvə yeni obyektə yönəldiləcək.

Qeyd edək ki, "Memar Əcəmi-2" stansiyasında 17 eskalator, 4 lift quraşdırılacaq.