Metroda adam öldürən azərbaycanlı həbs olundu

metroda-adam-olduren-azerbaycanli-hebs-olundu
Oxunma sayı: 644

APA-nın “Rosbalt” saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı Elvin Abdullayev münaqişə zəmində öz həmyaşıdı Oleq Şuqurovun baş və döş nahiyəsinə 4 bıçaq zərbəsi endirib. Həmin şəxs aldığı xəsarətlərdən yerindəcə keçinib. Hadisə yerindən qaçmaq istəyən E.Abdullayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.