Metroda bayram konsertləri başa çatdı - Fotolar

metroda-bayram-konsertleri-basa-catdi
Oxunma sayı: 908

Bakı metropoliteninin dörd stansiyasında Novruz bayramı ilə əlaqədar üç gün ərzində konsert proqramı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hər gün səhər saat 11-də “28 May” stansiyasında başlayan proqram daha sonra “Sahil”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında davam etdirilib.

Proqrama simli kvartetin və milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri, folklor nümunələri daxil edilib.

Bununla yanaşı, martın 19-dan başlayaraq, üç gün ərzində “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar da nümayiş etdirilib. Vaqonlar sərnişinlərin böyük marağına səbəb olub.