Metroda gecikmə - Qatar işləmədi

metroda-gecikme
Oxunma sayı: 1807

Metroda qatarların hərəkətində problem yaranıb. "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib: "Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb.

Bu da qatarların intervalında gecikməyə səbəb olub".

Onun sözlərinə görə, nasazlıq yaranan qatar depoya göndərilib.

Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir.