Metroda hadisə - Ölümdən döndü...

metroda-hadise
Oxunma sayı: 2451

Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu  barədə Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə yazıb. O qeyd edib ki,  Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb:

“Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib”.