Metroda intihar

metroda-intihar
Oxunma sayı: 660

"Memar Əcəmi" istiqamətindən hərəkət edən qatar "Nizami" stansiyasına çatarkən bir nəfər özünü qatarın altına ataraq intihar edib. Hadisə yerinə xeyli polis və təcili tibb yardım briqadası cəlb olunub. Ölənin şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Hazırda "Memar Əcəmi"-"Həzi Aslanov" istiqamətində qatarların hərələri dayanıb. Hadisənin baş verdiyi "Nizami" stansiyasında isə sərnişinlər evakuasiya olunublar.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən bildirilib ki, bu gün saat 10.00 radələrində metronun “Nizami” stansiyasında intihar faktı qeydə alınıb. Adının hələ açıqlanmadığı naməlum şəxs özünü qatarın altına atıb. Hadisə yerinə təcilli tibbi yardım maşınları cəlb edilib.

Musavat.com