Metroda kitab oxu, şəklini çək...

metroda-kitab-oxu-seklini-cek
Oxunma sayı: 2776

“Bakı Metropoliteni” QSC “Metroda oxu” adlı növbəti sosial-aksiyaya start verib. “Qafqazinfo" xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nəsimi Paşayev sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, aksiyanın məqsədi mütaliənin faydası və onun daha geniş təbliğinin təşkilinə dəstək olmaqdır:

“Bizə çox maraqlıdır, siz - bizim sərnişinlərimiz, hansı kitabları oxuyursunuz, ətrafdakıların buna reaksiyası necədir, elektron, yoxsa adi kitablara üstünlük verirsiniz və s.

Aksiyada iştirak etmək üçün metroda oxuduğunuz kitabla selfi və ya kitab oxuyan sərnişinlərin maraqlı fotosunu çəkib onu #metrodaoxu həştəqi ilə facebook səhifənizdə paylaşmaq lazımdır. Fotoya qısa şərh də əlavə edə bilərsiniz, yəni, oxuduğunuz kitabın adı və onun haqqında fikirləriniz. 

Həftə ərzində paylaşılan bütün fotolara baxılacaq və qalib rəsmi səhifəmizdə paylaşacaq. Statusun müəllifinə 20 manat nominalında kupon hədiyyə edəcəyik. Bu kuponla “Əli və Nino” kitab mağazaları şəbəkəsindən kitab almaq olar. 

Qeyd edək ki, “Metroda oxu” adlı sosial-aksiya mayın 1-nə kimi davam edəcək. Fotoçəkilişə yalnız metro vaqonlarında icazə verilir.