Metroda ləngimə oldu?

metroda-lengime-oldu
Oxunma sayı: 1412

Sosial şəbəkə istifadəçiləri bu gün metro qatarının tuneldə qalması ilə bağlı məlumat paylaşıb. Onlar qatarın “Nizami” və “28 May” metrostansiyaları arasında dayandığını bildirib.

“Qafqazinfo” məsələylə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, hazırda qatarların hərəkətində heç bir problem yoxdur:

“Sözügedən hadisə sadəcə 30 saniyə baş verib. Buna səbəb isə maşinistin qarşıdan gedən sınaq qatarını gözləməsi olub. Bu kimi hallar bizdə hər zaman başverir, normal iş şəraitidir”.