Metroda qatarlar arası interval azalacaq

metroda-qatarlar-arasi-interval-azalacaq
Oxunma sayı: 639

Onun sözlərinə görə, yeni hərəkət qrafikinə keçid sentyabrın 15-də Azərbaycanda yeni tədris ilinin başlaması ilə əlaqədardır.
"Tədris ilinin başlanması ilə həmişə metroda sərnişin axınında artım müşahidə olunur. Ona görə də yeni hərəkət qrafikinə məhz bu dövrdə keçilir", - mənbə qeyd edib.

Hazırda metroda qatarlar arasında interval 2,5 dəqiqədir, qış qrafikinə keçidlə əlaqədar inverval azalacaq. O qeyd edib ki, buna uyğun olaraq, hərəkət edən qatarların sayı da artacaq.

Eləcə də tədris ilinin başlanması ilə əlaqədar "28 May" stansiyasında eskalatorun dəyişdirilməsi başa çatacaq və sərnişinlər stansiyanın hazırda bağlı olan əsas çıxışından istifadə edə biləcəklər.

"Stansiyanın əsas çıxışının vestibülünün əsaslı təmirinin planlaşdırılmasına baxmayaraq, bu mümkün olacaq", - mənbə qeyd edib.
"28 May" stansiyasında eskalatorun dəyişdirilməsi nəticəsində hərəkət zolaqlarının sayı üçdən dördədək artırılacaq.

Bundan əvvəl Bakı Metropolitenində başqa bir mənbənin verdiyi məlumata görə, stansiyanın vestibülünün yenidən qurulmasının ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Stansiyada işlərin aparılmasına dövlət büdcəsindən bu il üçün 13 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 23 stansiyası var.