Metrodakı hadisə barədə yeni məlumat - “Əslində özünü relslərin üstünə atmayıbmış” + Yenilənib

metrodaki-hadise-barede-yeni-melumat
Oxunma sayı: 9126

Bakı sakini özünü qatar relslərinin üstünə atıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün saat 13:45 radələrində metronun “Gənclik” stansiyasında baş verib.

“Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, paytaxt sakini Zülfüqarov Elvin Əli oğlu yanındakı dostu ilə mübahisə edib və özünü relslərin üstünə atıb:

“Həmin zaman stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları onu təcili oradan çıxardıblar”.

***

Bu gün gunorta saatlarında metronun "Gənclik" stansiyasında baş verən hadisə intihara cəhd olmayıb. Bunu “Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, Elvin Zülfüqarov əslində özünü relslərin üstünə atmadığını, xəstəlik səbəbindən başının fırlandığını və yıxıldığını bildirib:

“O, polisə izahatında da eyni ifadələrə yer verib. Adı çəkilən şəxs müraciət edərək xəbərin yanlış olduğunu və ailəsində, tanışlarında narahatlıq yaratdığını bildirib”.