Metrologiya günü ilə bağlı elmi konfrans

metrologiya-gunu-ile-bagli-elmi-konfrans
Oxunma sayı: 653

20 May - Ümumdünya Metrologiya günü münasibətilə Metrologiya İnstitutunun təşkilatçılığı ilə elmi-texniki konfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konfransda ziyalılar, tanınmış metroloqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Metrologiya İnstitutunun baş direktoru Saleh Səmədov bütün metroloqları təbrik edərək, institut haqqında məlumat verib: "Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. İnstitut ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin funksiyalarını yerinə yetirən yeganə milli orqandır. İnstitut metroloji xidmət sahəsində 50 ildən artıq iş təcrübəsinə, ən müasir texniki imkanlara və 172 nəfər yüksək səviyyəli kadr potensialına malikdir. Hazırda institutda milli etalonların saxlandığı 8 laboratoriya və ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsini yerinə yetirən 9 laboratoriya fəaliyyət göstərir. İnstitut kəmiyyət vahidlərinin ölçüsünü ilkin dövlət etalonlarından işçi etalonlara ötürməklə yanaşı, bütün tiplərdən olan ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirir. İnstitutun Keyfiyyəti İdarəetmə Sisteminin beynəlxalq standartın tələblərinə uyğunluğu beynəlxalq ekspertlər qrupu tərəfindən qiymətləndirilib və bu barədə müvafiq təsdiqedici sənəd təqdim edilib".

Sonda Metrologiya İnstitutunun rəsmi informasiya saytı (metrology.az) ictimaiyyətə təqdim edib, Metrologiya İnstitutunun bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunub.