Metropoliten işçisi yük maşınını aşırıb - Xəsarət alan var

metropoliten-iscisi-yuk-masinini-asirib
Oxunma sayı: 1152

Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında beton qarışdıran yük avtomobilini idarə edən 54 yaşlı Bayramov İlqar Sadiq oğlu onu aşırıb.

Nəticədə İ.Bayramov ağır kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya yerləşdirilib. "Koroğlu" stansiyasınım ətrafında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyərək sıxlığı aradan qaldıra bilib.

İ.Bayramov metopolitenin əməkdaşıdır.