Metroya atı ilə girib - Foto

metroya-ati-ile-girib-foto
Oxunma sayı: 660

Belə ki, qatarda onlara bir poni də yoldaşlıq edib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir. Mobil telefonları ilə bu hadisəni çəkən sərnişinlərin sayəsində görüntülər dərhal sosial mediada yayılıb və həmin görüntülər günün ən çox danışılan mövzusu olub.

Videoda 20 yaşlarında sarışın bir qadının atın yüyənindən tutduğu görünür. Bəzi sərnişinlər yol boyu atı maraqla seyr etdikləri halda, bəziləri heç bir şey olmamış kimi əllərindəki kitabı oxumağa davam edirlər.