Metroya yeni ventilyatorlar gətirilir - Foto

metroya-yeni-ventilyatorlar-getirilir
Oxunma sayı: 1112

Cari il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək. 

“Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu ilin may ayına qədər ventilyatorların Bakıya gətiriləcəyi gözlənilir. Qurğular sınaqdan keçirilib, bütün texniki parametrləri yoxlanılıb.

Məlumat üçün bildirək ki, əvvəlki avadanlıqlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni avadanlıqların havalandırma imkanı 60-70 m3/saniyədir.

Bununla yanaşı, 2019-cu ildə daha bir mühüm addım atılaraq, tunel və stansiyaların təbii havalandırılması istiqamətində də yeni layihəyə start veriləcək.