“Metsamor”un fəaliyyəti dayandı

metsamorun-fealiyyeti-dayandi
Oxunma sayı: 642

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın Energetika və Təbii Resurslar Nazirliyi məlumat yayıb.

AES-də yenidənqurma tədbirlərin artırılması məqsədilə elektrik enerjisinin istehsalı dayandırılıb. Həmin işlərin bu ilin dekabr ayının 11-dək davam etməsi gözlənilir.

Qeyd edək ki, Ermənistandakı “Metsamor” AES-nin istifadə müddəti 2000-ci ildə başa çatıb. Erməni tərəfi isə AES-in istismarını davam etdirirdi. Azərbaycan və Türkiyə tərəfi dəfələrlə həmin stansiyanın region üçün real təhlükə mənbəyi olduğunu dəfələrlə Beynəlxalq təşkilatlara bildirib.