Metyu Brayza Bərdə rayonuna getdi

metyu-brayza-berde-rayonuna-getdi
Oxunma sayı: 649

Ağcəbədi rayonundan sonra Bərdədə olan səfir, rayon İcra Hakimiyətində olub. Burada Bərdə rayonunun icra başçısı Vidadi İsayevlə görüşüb. İsayev Amerikalı diplomata ilk öncə rayonun tarixi barədə məlumata verərək bildirib ki, Bərdə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu gün rayonda “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində abadlıq və quruculuq işləri aparılır. Geniş vüsət alan yenidənqurma işləri çərçivəsində qısa zamanda Bərdənin siması dəyişib.

ABŞ-ın Azərbaycandakı səfiri isə öz növbəsində bildirib ki, bölgəyə səfəri burada kənd təsərrüfatının vəziyyətini öyrənmək, bu sahənin inkişaf imkanlarını araşdırmaqdır. Səfir bu məqsədlə rayonun bir neçə kəndində fermerlərlə görşüb. Sonda amerikalı səfir Bərdə rayonunun icra başçısna ölkəsinin tarixini əks etdirən kitab hədiyyə edib.