“Məxluqlar cavab verəcək” - Qalmaqal böyüyür

mexluqlar-cavab-verecek
Oxunma sayı: 3124

Timati ləqəbli reper Timur Yunisov və dağıstanlı MMA döyüşçüsü Həbib Nurməmmədov arasında yaşanan qalmaqal böyüməyə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, idmançı instaqram səhifəsində reperi və onun həmkarı Eqor Kridi təhqir edib, onları məxluq adlandırıb:

“Məxluqlar dediklərinə görə cavab verəcəklər. Mənim sözlərim kiməsə xoş gəlmirsə, cavab verməsin. Mən heç kimi buna məcbur etmirəm. Nəyi etmək olar, nəyi olmaz... Bunu mənə demək üçün başqa insanlar var ki, onları eşidirəm. Siz öz lənətə gəlmiş konsertinizi hər gün edə bilərsiz. Amma mənim prinsiplərim var, nə düşünürəmsə, onu da deyəcəm.  Xüsusilə Dağıstan kişilərinə müraciət edirəm. Bir çox şeylər əldən çıxıb, qaytarmaq olmaz. Amma bizim Respublikamızın gələcəyi bizdən asılıdır, cinsi azlıqlardan yox”. 

Qeyd edək ki, tərəflər arasında qalmaqal Eqorun Maxaçqalada konsert vermə istəyindən sonra başlamışdı.  MMA döyüşçüsü reperin Dağıstan xalqı tərəfindən boykot etdilməsinə və konsertin ləğvinə fikir bildirmiş, “Black Start” musiqi şirkətinin əməkdaşlarını tənqid etmişdi. 

Bundan sonra, həmin şirkətin üzvü Timati də Nurməhəmmədova cavab vermişdi.