“Meydan TV ilə vidalaşdım” - Sevinc Osmanqızı

meydan-tv-ile-vidalasdim
Oxunma sayı: 2894

Tanınmış jurnalist Sevinc Osmanqızı Meydan TV ilə yollarını ayırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, özü məlumat yayıb:

“Bir elan. Xəbəriniz olsun ki, Meydan TV ilə vidalaşdım. Verilişlərimi “Meydan”dan izləyənlər bilsinlər ki, bunu yalnız mənim YouTube və FB səhifələrim üzərindən edə bilərlər”. 

Qeyd edək ki, S. Osmanqızı bir neçə ildir ki, ABŞ-da yaşayır. O, bir neçə aydır ki, Meydan TV ilə əməkdaşlıq edirdi.