Meydana daxil olan model - Fotolar

meydana-daxil-olan-model
Oxunma sayı: 4717

DÇ-2018-in Fransa - Xorvatya arasında baş tutan final görüşündə (4:2) meydana ikinci hissədə 4 azarkeş daxil olmuşdular.

“Qafqazinfo” xəbər verir ki, 4 nəfərlik qrup bunu daha öncədən planlaşdırıblar. Onlar Rusiyada siyasi repressiyalara etiraz üçün bunu ediblər. Həmin 4 nəfərdən biri isə 21 yaşlı Veronika Nikulşinadır. Nika fotomodeldir və bu işlə bir müddətdir ki məşğuldur.

Meydana daxil olan 4 azarkeş isə 15 günlük həbs ediliblər. Onlar 3 illik müddətdə stadionlara daxil ola bilməyəcəklər.