“Meydanda özümüzü göstərə bilmirik” - Filipe Luis

“Meydanda özümüzü göstərə bilmirik”
Oxunma sayı: 1144

“Bu qədər anlaşılmazlıq ola bilməz. Məşqlər zamanı özümüzü yaxşı hiss etsək də, meydanda özümüzü göstərə bilmirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Atletiko”nun futbolçusu Filipe Luis deyib.

Madrid klubu Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”ın qonağı olub. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Matçdan sonra açıqlama verən müdafiəçi bunları söyləyib: “Bizim qarşımıza qoyduğumuz hədəflərimiz var. Amma həmişə “Qarabağ”a qarşı oynadığımız kimi oynasaq, heç nə edə bilmərik. Bakıdan 1 xalla ayrılmaq bizim üçün çox pis nəticədi və bu oyunu analiz etmək üçün vaxtımız çox azdı”.

Luis “Atletiko”nun zəif çıxış etməsinin səbəbini belə izah edib: “Biz keçən mövsümkü heyətimizlə mübarizə aparırıq. Amma niyə belə zəif çıxış edirik? Bu sualın cavabını axtarmalıyıq və yaxşı nəticə çıxarmalıyıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi