Meyiti tapılan qadını oğlu öldürübmüş

meyiti-tapilan-qadini-oglu-oldurubmus
Oxunma sayı: 2377

Mayın 2-də saat 1 radələrində Ağcabədi rayon sakini Mahirə Azadova yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

M.Azadovanın həmin gün oğlu, əvvəllər məhkum olunmuş Elman Kərimovla aralarında münaqişə olması, Elmanın sərxoş halda anasını, habelə qardaşı oğlu Bağdan Kərimovu döyməsi müəyyən edilib. 

Cinayəti törətməkdə şübhəli bilinən E.Kərimov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

Murad Əhməd