“Meymun səsi çıxarırdılar” - AL matçında irqçilik

meymun-sesi-cixarirdilar
Oxunma sayı: 1357

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda səfərdə “Atalanta”nın qonağı olan Dortmund “Borussiya”sının hücumçusu Miçi Batşuayi xoşagəlməz hadisə ilə üzləşib. “Qafqazinfo” xəbər verir ki, belçikalı futbolçu İtaliyada yerli azarkeşlərin irqçi şüarlarına məruz qaldığını açıqlayıb.

O, sosial şəbəkədəki hesabında yerli fanatların oyun ərzində meymun səsləri çıxardığını yazıb. Batşuayi onların cavabını verməyi də unutmayıb. O, “Ümid edirəm ki, bundan sonra Avropa Liqasına televizorda baxmaqdan zövq alacaqsınız” yazaraq bununla “Atalanta”nı turnirdən kənarda qoymalarına işarə edib.

Qeyd edək ki, “Atalanta” – “Borussiya” oyunu 1:1 hesabı ilə başa çatıb. Almaniyadakı görüşdə 3:2 hesablı qələbə qazanan "Borussiya" iki görüşün nəticəsinə əsasən adını 1/8 final mərhələsinə yazıdırıb.