Məyus prezidentdən əsgərlərə təsəlli - - Fotolar

meyus-prezidentden-esgerlere-teselli-
Oxunma sayı: 4930


Dünən Dağlıq Qarabağda baş tutan hərbi təlimlərdə iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan zabit və əsgərlər qarşısında çıxış edib. 

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyan bu təlimləri qondarma Dağlıq Qarabağ Respublikası və Ermənistan Silahlı Qüvvələrinin indiyə qədər təşkil etdikləri ən irimiqyaslı təlim adlandırıb:

“Faciəli hadisəyə baxmayaraq, hesab edirəm ki, təlimlər uğurla keçdi. Əlbəttə, ekspertlər və səlahiyyətli şəxslər nəticləri ümumiləşdirib yekun çıxarış edəcəklər. Lakin şərti döyüş meydanında gördüklərimiz bizi sevindirir. Afərin! Sizinlə fəxr edirəm”.

Sarkisyan əsgər və zabitlərə təsəlli verməyi də unutmayıb: “Sizin şərti döyüş meydanında və təmas xəttindəki davranışınız qiymətə layiqdir. Sizin ustalığınız Azərbaycanda yaşayan çoxlu sadəlövh insanları müharibə haqda düşüncələrini dəyişməyə vadar edir”.

Qeyd edək ki, Ermənistan prezidenti onlara məxsus vertolyotun Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması faktını “fləşmob”adlandırsa da, Sarkisyanın narahatlıq və üzüntüsü fotolarda da diqqətdən qaçmayıb.