Meyvəli bazarda kütləvi zəhərlənmə - Yumurtadan

meyveli-bazarda-kutlevi-zeherlenme
Oxunma sayı: 6158

"Sədərək" Ticarət Mərkəzinin yaxınlığında, Meyvəli bazarda kütləvi zəhərlənmə olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə nəfər yeməkdən zəhərlənib.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (Semaşko) götürüblər. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib.

Təcili Tibbi Yardım briqadası o 3 nəfəri də KTM-in yoluxucu xəstəliklə şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır.

Murad Əhməd