Meyxanaçı Samirə Yusifqızı “ARB TV”də toyda başına gələn xoşagəlməz hadisədən danışıb.
“Qafqazinfo”nun məlumatına görə, meyxanaçı bir müddət əvvəl toy məclisində burnunun sındığını deyib:
“Toyda oxuyurdum, bəy və gəlin də yanımda idi. Bir də onu gördüm ki, qapıdan bir cavan oğlan qaça-qaça gəldi ki, bəyə yumruq vursun. Bəy əyildi, yumruq mənim burnuma dəydi”, - deyə Samirə bildirib.