Meyxanaçı Samirənin toyda burnunu sındırıblar - Video

meyxanaci-samirenin-toyda-burnunu-sindiriblar
Oxunma sayı: 4173

Meyxanaçı Samirə Yusifqızı ARB TVdə toyda başına gələn xoşagəlməz hadisədən danışıb. 

“Qafqazinfo”nun məlumatına görə, meyxanaçı bir müddət əvvəl toy məclisində burnunun sındığını deyib:

“Toyda oxuyurdum, bəy və gəlin də yanımda idi. Bir də onu gördüm ki, qapıdan bir cavan oğlan qaça-qaça gəldi ki, bəyə yumruq vursun. Bəy əyildi, yumruq mənim burnuma dəydi”, - deyə Samirə bildirib.