Meyxanaçı Zarina bəysiz toy etdi - Fotolar

meyxanaci-zarina-beysiz-toy-etdi
Oxunma sayı: 10545

Bir müddətdir ki, Rusiyada yaşayan tanınmış meyxanaçı Zarina Tağıyeva ərə gedib.  “Qafqazinfo” xəbər verir ki,  “Buzovnalı Zarina” 27 yaşında nikah bağlamaq qərarına gəlib. 

Meyxanaçı instaqram səhifəsində toydan çəkilən şəkillərini paylaşıb.  Onun kimə ərə getməsi barədə məlumat verilməyib. Sosial şəbəkələrdə bəyin toyda iştirak etməməsi barədə şayiələr yayılıb. Zarina da instaqramda hava limanından bir görüntü paylaşıb və "Gəlirəm həyatım, sən mənim ürəyimsən" şərhini yazıb. 

Məlum olub ki, meyxanaçı Bakıda bəysiz qız toyu edib.