Meyxanaçıların Şakira arzusu puç oldu

meyxanacilarin-sakira-arzusu-puc-oldu
Oxunma sayı: 1177


“İyulun 28-də Moskvaya getməli, orada təşkil olunan tədbirə qatılmalı idik. Amma bu səfərimiz təxirə düşdü. Tədbiri təşkil edən prodüser bizə zəng edib söylədi ki, gəlməyin. Layihədə problem yaranıb. Tədbir olan zaman biz sizə xəbər verəcəyik. Amma dəqiq bir vaxt söyləmədilər. Bu səbəbdən də hələ ki, gözləyirik ”.

Qeyd edək ki, bir neçə gün əvvəl meyxanaçı qardaşlar iyulun 28-də Moskvaya səfər edəcəklərini və orada dünyaca məşhur Şakira ilə eyni tədbirdə çıxış edəcəklərini söyləmişdilər.