Məzahir Pənahov kurslara başlayır

mezahir-penahov-kurslara-baslayir
Oxunma sayı: 690

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, sentyabr ayının birinci yarısında kursların başa çatdırılması və bələdiyyə seçkilərinin elan olunması gözlənilir.

Pənahov qeyd edib ki, aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün əvvəllər də tədbirlər görülüb.

"Bu tədbirlərdən biri də növbəti dəfə keçirməyə hazırlaşdığımız kurslardır. Amma biz yerlərdə başqa formatda da tədbirlər keçiririk. Seçkilərdə iştirakı zəruri olan dövlət qurumlarının, məsələn, Ədliyyə Nazirliyi, polis, prokurorluq işçiləri, yerli icra strukturlarının rəhbərləri, bələdiyyə qurumlarının rəhbərlərinin də iştirakı ilə bu tədbirləri həyata keçiririk", - o əlavə edib.

Pənahov qeyd edib ki, seçkilər zamanı bütün tərəflər, bütün subyektlər özlərinin fəaliyyətini Seçki Məcəlləsinin tələbinə uyğun qurmalıdırlar.

"Bu cür tədbirlərin nəticəsidir ki, Azərbaycanda həm aşağı seçki komissiyaları, həm seçicilər, həm də namizədlər seçkilərdə özlərinin kifayət qədər savadlı və təcrübəli olduqlarını nümayiş etdirirlər", - MSK sədri vurğulayıb.