Məzahir Pənahova ağır itki

mezahir-penahova-agir-itki
Oxunma sayı: 7935

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, MSK sədrinin qardaşı Mahir Pənahov uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş. O, 2013- cü  ildən  etibarən Vergilər Nazirliyində  çalışıb. Nazirliyin Milli  Gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində işləyib.

Qeyd edək ki, M. Pənahov 1960- cı ildə Tovuz rayonunda anadan olub. Onun nəşi anadan olduğu Tovuz rayonunda torpağa tapşılıracaq. 

Mərhumun yas mərasimi martın 1-də Heydər məscidində keçiriləcək.

***

MSK üzvü Mikayıl Rəhimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün komissiyanın növbəti iclası  keçiriləcək:

”İclasa sədrliyi yenə də  Məzahir Pənahov edəcək. Prosedur qaydaları ondan ibarətdir ki, iclas təxirə düşə bilməz. Çünki burada iclaslar  əvvəldən təyin olunmuş qrafik üzrə həyata keçirilir.  Namizədliyini irəli sürmüş şəxslər var və  onların məsələsinə baxılmalıdır”.

Günel Türksoy