Məzahir Pənahovdan mitinq açıqlaması

Məzahir Pənahovdan mitinq açıqlaması
Oxunma sayı: 1534

“Təşviqat xarakterli heç bir addım atmaq olmaz. Bu hesab edirəm ki, hamıya çoxdan məlumdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov müxalifətin təyin etdiyi mitinqə münasibət bildirərkən deyib. 

M.Pənahov qeyd edib ki, martın 19-na kimi təşviqat aparan hər bir tərəf bilərəkdən digər namizədə qarşı olur: “Əfsuslar olsun ki, belə hallar da olur. Əgər özləri edirlərsə, bu ümumiyyətlə anlaşılmazdır. Biz həmişə müraciət edirik ki, onlar bu məsələdə diqqətli olsunlar”.

O qeyd edib ki, kimsə bu üsula əl atırsa öz seçicisini itirəcək: "Mən danışdığım məsələ seçki ilə bağlı təşviqata  aid olan məsələdir. Digər sahələrdəki hərəkətlər başqa qanunvericiliklərlə tənzimlənir. Kimsə küçələrə çıxıb təşviqat aparırsa, hansısa namizədə münasibət bildirirsə, bu artıq seçki pozuntusudur. Bu məsələ Seçki Məcəlləsinə düşür. Digər məsələlər isə Mərkəzi Seçki Komissiyasının səlahiyyətinə aid deyil".

MSK sədri həmçinin siyasi partiyaların maliyyə hesabatı təqdim etməsindən də danışıb. O qeyd edib ki, indiyədək 20-yə yaxın partiya 2017-acı il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. MSK sədri həmçinin siyasi partiyaların maliyyə hesabatı təqdim etməsindən də danışıb. O qeyd edib ki, indiyədək 20-yə yaxın partiya 2017-cı il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi