Məzunların sayında azalma başlayıb

Məzunların sayında azalma başlayıb
Oxunma sayı: 46

2010-cu ildən 2015-ci ilə qədər ilbəil məzun və abituriyent sayı azalıb, 2010-cu ildə 97 328 olan məzun sayı 2014-cü ildə 84 878-ə qədər düşüb.

“Qafqazinfo” Trend-ə istinadən bildirir ki, 2015-ci ildə məzun sayı 3 486 nəfər artsa da, bu rəqəm 2016-cı ildə yenidən 1 212 nəfər azalıb. Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma özünü abituriyent sayının artıb-azalması şəklində göstərir. Ümumiyyətlə, 2010-cu illə müqayisədə 2016-cı ildə məzun sayında 11%, abituriyent sayında isə 10% azalma müşahidə edilib.

2010-2016-cı illər üçün ali məktəblərə sənəd verən bütün abituriyentlər və məktəbi cari ildə bitirən abituriyentlərin ali məktəbə qəbulda rəqabətliliyi nisbətində (ali məktəbə ərizə verən abituriyentlərin sayının qəbul planında nəzərdə tutulmuş boş yerlərin sayına olan nisbəti) hər il azalma müşahidə olunur. Əgər 2010-cu ildə bütün abituriyentlərin ərizələrinin sayının qəbul planına nisbəti 3,69 idisə, bu göstərici 2011-ci ildə 3, 42, 2012-ci ildə 2, 95, 2013-cü ildə 2, 76, 2014-cü ildə 2, 57, 2015-ci ildə 2, 27 və 2016-cı ildə 1, 98 olub. Əgər 2010-cu ildə bir yer üçün 3-4 nəfər mübarizə aparırdısa, 2016- cı ildə bir yer üçün 2 nəfər mübarizə aparıb. Cari ilin məzunları üçün də eyni qaydada, bu dinamika azalan xətt üzrə davam edir. Belə ki, cari ilin məzunu olan abituriyentlərdə rəqabət nisbəti 2010-cu ildə 2.05, 2011-ci ildə 2.00, 2012-ci ildə 1.74, 2013-cü ildə 1.67, 2014-cü ildə 1.52, 2015-ci ildə 1.48 və 2016-cı ildə 1.32 olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi