“Mi-8” qəzaya uğradı, 8 nəfər həlak oldu

mi-8-qezaya-ugradi-8-nefer-helak-oldu
Oxunma sayı: 633

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, bir neçə gün əvvəl Almatı vilayətinin Koktuma-Dostık rayonundakı Jalanaşkol gölü yaxınlığında qəzaya uğramış vertolyot tapılıb, maşında olan 8 nəfərin hamısı həlak olub.

Məlumatda deyilir ki, içərisində mütəxəssislər olan, “Avrasiya Air” aviaşirkətinə məxsus vertolyot Qazaxıstan-Çin neft kəmərinin üzərində tədqiqat işləri apararkən heyətlə rabitə kəsilib, bir neçə saat sonra axtarış-xilasetmə tədbirləri başlanıb.

Vertolyotun qəzaya uğraması ilə əlaqədar cinayət işi açılıb, istintaq aparılır.