Microsoftdan qovuldu Google-da işə başladı

microsoftdan-qovuldu-google-da-ise-basladi
Oxunma sayı: 643

İslamazeri.az-ın BBM-ə istinadən verdiyi xəbərə görə, sentyabr ayında Microsoft Nokia ortaqlığı nəticəsində ortaya çıxacaq və o dövrdə hələ haqqında məlumatların gizli saxlandığı Windows Phonelu Nokialar haqqında Twitterdə mesaj yazan Joe Marini Microsoftdan qovulmuşdu.

Böyük ehtimalla Marini bundan sonra sosial paylaşma şəbəkələrində paylaşacağı məlumatlarda daha diqqətli olacaq, çümki məlumat sızmalarına qarşı çox həssas olan və sərt reaksiya verən şirkətlərdən biri də elə Google-dur.

Qeyd edək ki, Marini Google-da işə başladığını da Twitterdə paylaşaraq hər kəsə açıqlayıb.


islamazeri.az