Middltonun bu fotoları müzakirə olunur

Middltonun bu fotoları müzakirə olunur
Oxunma sayı: 1573

İngiltərə şahzadəsi Uilyamın xanımı Keyt Middlton bir neçə gün əvvəl ad gününü qeyd edib. 

“Qafqazinfo” xəbər verir ki, onu təbrik üçün sarayın rəsmi hesabında paylaşılmış foto ətrafında isə müzakirələr səngimək bilmir.

Belə ki, kral ailəsinin fotolarının paylaşıldığı Kensington Sarayının rəsmi instaqram hesabında Middltonun səfərdən çəkilmiş fotosu paylaşılıb. Şəhzadənin pərəstişkarları onun daha gözəl şəkilləri olduğu halda, yaşlı düşdüyü bu fotonun paylaşılmasını şiddətlə qınayıblar. Xüsusilə də son zamanlarda yaşından böyük görünməsi ilə bağlı tez-tez haqqında danışılan Keyt üçün bu şəklin qəsdən seçildiyini yazanlar da var.

Fanatlar şəkildə onun qırışlarının daha çox bəlli olduğunu və çətin keçən hamiləliklərin də onun görünüşünə təsirsiz ötüşmədiyini bildiriblər.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi