Midlton yenə gündəmdə - Qaynının toyuna köhnə libasını geyindi+ Fotolar

midlton-yene-gundemde
Oxunma sayı: 4710

Kembric duşesi Keyt Midlton geyimi ilə yenidən müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun xəbərinə görə, şahzadə Harrinin toy mərasimində “Alexander MCQueen” imzalı bəyaz rəngli sadə libas geyinən Midlton geyimini şlyapa ilə tamamlayıb.

Duşesin qaynının toyuna yeni libas tikdirməkdənsə, iki il öncə geyindiyi libasdan istifadə etməsi məlum olub.

Belə ki,o, bu libası ilk dəfə qızının xaç suyuna salınma mərasimində, daha sonra 2016-cı ildə Londonda keçirilən tədbirdə, ötən il isə Belçikada başqa bir mərasimdə geyinib.