Mikayıl Cabbarov məzunların “Son zəng”ində

mikayil-cabbarov-mezunlarin-son-zenginde
Oxunma sayı: 723

“Qafqazinfo”nun nazirliyin saytına istinadə verdiyi xəbərə görə, müəllimlər, şagirdlər, məzunlar və onların valideynləri qarşısında çıxış edən nazir qeyd edib ki, məzunlar indi böyük həyata qədəm qoyurlar. Mikayıl Cabbarov ali, orta ixtisas və ilk peşə məktəblərinə qəbul imtahanlarında abituriyentlərə uğurlar və inkişaf üçün yorulmaq bilmədən səy göstərməyi arzu edib.

Müasir Azərbaycanın gələcəyi üçün sağlam, vətənpərvər, yüksək təhsilli gənclərin yetişdirilməsində valideynlərin də üzərinə mühüm vəzifələr düşdüyünü nəzərə çatdıran təhsil naziri məktəb-valideyn əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Məktəbdə təhsil üçün yaradılmış yüksək şəraitdən söz açan Mikayıl Cabbarov bunu Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsinə qayğısının bariz nümunəsi kimi dəyərləndirib.