Mikayıl Cabbarovdan daha bir kadr dəyişikliyi

mikayil-cabbarovdan-daha-bir-kadr-deyisikliyi
Oxunma sayı: 3807

Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib. 

“Qafqazinfo”nun məlumatına görə, təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilib. Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013- cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 

2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.