Mikayıl Müşfiqin 110 illiyi qeyd olunacaq

Mikayıl Müşfiqin 110 illiyi qeyd olunacaq
Oxunma sayı: 572

Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 
 
“Qafqazinfo”nun məlumatına görə, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. 
 
Qeyd edək ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi