Mikayıl Müşfiqin büstü ziyarət olundu

Mikayıl Müşfiqin büstü ziyarət olundu
Oxunma sayı: 1023

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyi və doğum günü ilə əlaqədar şairin Bakıdakı büstü ziyarət olunub.

“Qafqazinfo” xəbər verir ki, anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Mikayıl Müşfiq qısa ömür yaşasa da, özündən sonra böyük iz qoyub:

“Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlar geniş tədbirlər planı hazırlayıb və ilboyu biz bu yubiley tədbirlərinin şahidi olacağıq. Dövlətimiz yazıçılara, şairlərə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Elə il olmur ki, ölkəmizdə qələm adamlarının yubiley tədbirləri qeyd edilməsin. Bu diqqət nəticəsində onların yaradıcılığı geniş təbliğ edilir”.

Çıxışlardan sonra şairin büstü önünə tər çiçəklər düzülüb, xatirəsi yad edilib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi