Mikroavtobus yük maşını ilə toqquşdu - 9 ölü, 3 yaralı + Foto

mikroavtobus-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 1789

Başqırdıstanda mikroavtobusla yük maşını toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosoti”yə məlumat yayıb.

Məlumata əsasən, insident İlqinsk rayonunda qeydə alınıb. M-5 magistral yolunun 1548-ci kilometrliyində “MAN” markalı yük maşını ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər həlak olub. Daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə baş verən zaman mikroavtobusda 12 sərnişin olub.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.