Mikroavtobus yük maşını ilə toqquşub - 7 ölü, 2 yaralı

mikroavtobus-yuk-masini-ile-toqqusub
Oxunma sayı: 4172

Slovakiada ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident ölkənin qərbində Previdzada qeydə alınıb.

Məlumata görə, mikroavtobusun yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olanlardan 7-si ölüb, daha 2-si isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.