“Milan” ağır məğlubiyyəti unutmaq istəyir

milan-agir-meglubiyyeti-unutmaq-isteyir
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, “Çempionlar Liqa”sında “Barselona”ya 4-0 hesabı ilə məğlub olan “Milan” bu gün autsayder “Palermo” üzərində qələbə qazanaraq məğlubiyyəti yaddan çıxarmaq istəyir. 51 xalla 3-yerdə olan “Milan” qələbə qazanacağı təqdirdə 2-ciliyə yüksələ bilər. Ancaq bunu üçün “Napoli”nin öz meydanında “Atalanta” ya məğlub olması lazımdır. Lider “Yuventus” isə çox rahat şəkildə liderliyini davam etdirir. 62 xalla 1-ci yerdə olan, “Napoli”ni 9 xal qabaqlayan “Yuve” bu turda “Boloniya”nın qonağı olacaq. 29-cu turdakı digər oyunlar isə belə olacaq:

16 mart
“Kataniya” “Udineze”

17 mart
“Siena” “Kalyari”
“Peskara” “Kiyevo”
“Fiorentina” “Cenoa”
“Sampdoriya” “İnter”
“Torino” “Latsio”
“Roma” “Parma”

İqbal