“Milan” – “Barselona”: 14-cü duel

milan-barselona-14-cu-duel
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “San Siro”da İtaliya və İspaniya çempionları üz-üzə gələcək. 1/8 finalda “Arsenal”ı mübarizədən kənarlaşdıran “Milan” Leverkuzen “Bayer”ini darmadağın edən “Barselona”nı qəbul edəcək. Komandalar bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində də qarşı qarşıya gəlmişdi. İtaliyada keçirilən görüşdə “Barselona” 3:2 hesablı qələbə qazanmışdısa, İspaniyadakı matçda “sülh” qeydə alınmışdı. Ümumilikdə 13 dəfə baş tutan qarşıdurmada 5 dəfə “Barselona”, 4 dəfə “Milan” qalib gəlib.
Digər qarşılaşmada “Olimpik Marsel” “Bavariya” ilə qarşılaşacaq. 1993-cü ildən sonra ilk dəfə 1/4 finala vəsiqə qazanan fransızlar Münhen təmsilçisi ilə ilk dəfə üzləşir.

28 mart
Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları

23:45. "Milan" (İtaliya) – "Barselona" (İspaniya)
23:45. "Marsel" (Fransa) - "Bavariya" (Almaniya)

Ceyhun Əhmədov