Milan Duriçə sərt cəza

milan-durice-sert-ceza
Oxunma sayı: 735

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Topaz Premyer Liqasının 27-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
 
Topaz Premyer Liqasının 27-ci turunun  “Zirə” – “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə”nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.
 
Oyunun 80-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.