“Milan” “Neftçi”ni təbrik etdi

milan-neftcini-tebrik-etdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, İtaliyanın "Milan" klubu “flaqman”a təbrik məktubu göndərib. "Rossonyerlər"in vitse-prezidenti Adriano Qallianinin imzası ilə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir: "A.C. Milan" ailəsi adından Sizi 7-ci dəfə çempionluq titulu qazanmağınız münasibətilə təbrik edirik".

Xatırladaq ki, "Milan" klubu ötən il də "Neftçi" PFK-ya çempionluq münasibəti ilə təbrik məktubu yollamışdı.