“Milan”ı penaltilər yıxdı

milani-penaltiler-yixdi
Oxunma sayı: 659

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunlar “Bavariya” və “Barselona” klublarıdır.
1/4 final mərhələsinin cavab görüşündə Münhen təmsilçisi ilk oyunda olduğu kimi “Marsel”ə 2 cavabsız qolla qalib gəlib.

“Barselona” – “Milan” matçı isə daha məhsuldar keçib. Messinin 2 penalti zərbəsini dəqiq yerinə yetirdiyi görüşdə katalonlar 3:1 hesablı qələbə qazanıb.

23:45. "Bavariya" (Almaniya) - "Marsel" (Fransa) (ilk oyun - 2:0) - 2:0
Qollar: Oliç, 13 (1:0), 37 (2:0)

23:45. "Barselona" (İspaniya) – "Milan" (İtaliya) (ilk oyun - 0:0) - 3:1
Qollar: Messi, 11-pen (1:0), 41-pen (2:1), Noserino, 32 (1:1), İniyesta, 53 (3:1)

Ceyhun Əhmədov